2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 796,12 milyon kubmetr təbii qaz ixrac edilib.
FinFly Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına xəbər verir ki, bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 1,66 faiz çoxdur.
Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 6 milyard 502,35 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 293,77 milyon kubmetr isə spot əsasında tədarük edilib.
Bu ilin iyul ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 4,23 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,01 faiz çoxdur.
Bununla da iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 25,7 faizi Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin iyul ayında Azərbaycan Türkiyəyə 1 milyard 4,08 milyon kubmetr təbii qaz ixrac edib.
Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
