Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Türkiyəyə qaz tədarükündə liderlərdən biri olmaqda davam edir - FinFly

Azərbaycan 2025-ci ilin mart ayında Türkiyəyə qaz tədarükçüləri arasında ilk üçlükdə qalmaqda davam edib.

FinFly Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir ki, Türkiyə 2025-ci ilin mart ayında Azərbaycandan 1,043 milyard kubmetrdən çox təbii qaz idxal edib ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 2,2 faiz çoxdur.

Məlumata görə, Azərbaycan Türkiyəyə boru kəməri qazı tədarükçüləri arasında aylıq tədarük həcmlərinə görə Rusiyadan sonra İranı qabaqlayaraq ikinci yeri tutub.

Qeyd edək ki, Türkiyə İrandan 561,10 milyon kubmetr təbii qaz idxal edib ki, bu da bir il əvvəlki 247,50 milyon kubmetrdən təxminən 2,3 dəfə çoxdur. Öz növbəsində, Rusiya martda demək olar ki, 1,791 milyard kubmetr təbii qaz ixrac edərək ən böyük tədarükçü statusunu saxlayıb, halbuki ötən ilin eyni dövründə bu rəqəm 1,807 milyard kubmetrə yaxın olub.