Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycan üçün ŞƏT: iddiaların klubu, yoxsa gələcəyə açılan qapı? - FinFly

Şanxay Əməkdaşlıq Təşkilatı artıq iyirmi ildən çoxdur ki, Avrasiya üçün böyük planlardan danışır. Birgə bank, vahid ödəniş sistemi, transmilli layihələr… Amma etiraf etmək lazımdır ki, bu illər ərzində təşkilat bircə ciddi iqtisadi nəticə də ortaya qoya bilməyib. ŞƏT get-gedə daha çox siyasi teatrı xatırladır: gurultulu çıxışlar var, amma səhnə arxasında real addımlar yoxdur. Buna baxmayaraq, Azərbaycanın bu meydanla marağı sabitdir.

Səbəb sadədir: siyasət yalnız nəticə ilə ölçülmür, həm də iştirakla ölçülür. Masa arxasında Çin, Rusiya, Hindistan və Mərkəzi Asiya dövlətləri oturursa, Azərbaycanın da orada olması vacibdir. Hətta o masa bəzən daha çox "ambisiyalar klubu"na oxşasa belə. Bu iştirak Bakıya imkan verir balansı qorumağa: bir tərəfdə Qərb və Türkiyə, digər tərəfdə isə Şərq. Bu həm də diplomatik təcridə qarşı sığortadır və mesajdır: Azərbaycan müşahidəçi yox, Avrasiya "oyununun" iştirakçısıdır.

İqtisadi tərəfə gəlincə, böyük gözləntilər reallıqla üst-üstə düşmür. Birgə bank və ya ümumi maliyyə sistemi ideyaları "sabahdan yeni həyata başlayacağıq" vədini xatırladır, amma o sabah hələ gəlməyib. Çin, Rusiya və Hindistanın ziddiyyətli maraqları ortaq qərarların qarşısını kəsir. Deməli, sürətli iqtisadi dividendlər gözləməyə dəyməz.

Amma bu, Azərbaycanın tamamilə qazancsız qaldığı demək deyil. Nə vaxt ki, nəqliyyat dəhlizlərindən, energetika və ya "yaşıl" gündəmdən söhbət açılır, Azərbaycan fürsət tapır öz üstünlüklərini xatırlatsın: Şərqlə Qərb arasında körpü rolunu, sabit tranzit marşrutlarını, mövcud infrastrukturunu. Layihələr hələ kağız üzərində qalsa da, müzakirələrdə iştirak Azərbaycanın mövqeyini gücləndirir.

Paradoks ondadır ki, ŞƏT bu gün real mexanizmləri olmayan, daha çox iddiaların səsləndiyi bir klub təsiri bağışlayır. Amma Azərbaycan üçün əsas dəyər də elə budur: o otaqda olmaq, qapı arxasında qalmamaq. Dünya bloklara parçalandıqca, səhnədə rol almaq zalda tamaşaçı kimi oturmaqdan qat-qat dəyərlidir.

FinFly