
13 May, 2025 17:33
Azərbaycan üzərindən tranzit edilən Qazaxıstan xam neftinin həcmi 3 milyon tona çatıb.
FinFly bu barədə “SOCAR Midstream Operations” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, 3 milyonuncu tonu daşıyan "Aktau" tankeri mayın 12-də Aktau limanından yola düşüb və mayın 13-də “Azərtrans Səngəçal” terminalına çatıb.
Qazaxıstanın "Tengiz" yatağından hasil edilən neftin ilk partiyası 23 mart 2023-cü ildə, "Kaşağan" neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Bakıya gətirilib. Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.
Son xəbərlər
-
13 May, 2025
Azərbaycan Gürcüstana qaz satışını azaldıb...