
Argentina paytaxtı Buenos-Ayres şəhərində Azərbaycan ilə Argentina arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Protokol imzalanıb.
FinFly-a Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata görə, sənəd Azərbaycan və Argentina arasında iqtisadi və ticarət əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun ikinci iclasının yekununda imzalanıb. Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Argentina tərəfinə isə beynəlxalq iqtisadi əlaqələr üzrə katib Fernando Bruno rəhbərlik edib.
İclas çərçivəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, həmçinin sənaye, enerji, səhiyyə, turizm və rəqəmsal texnologiyalar kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində nazir müavini Elnur Əliyev Argentinanın İqtisadiyyat Nazirliyində və ölkənin ən böyük enerji şirkəti olan YPF neft-qaz şirkətində bir sıra görüşlər keçirib.
Son xəbərlər
-
10 Snt, 2025
Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib...
-
10 Snt, 2025
Azərbaycanda orta illik inflyasiya necə dəyişib?...
-
10 Snt, 2025
Bakıda və rayonlarda yağış yağacaq...