
19 Fvr, 2025 19:33
Azərbaycan və Çinin mərkəzi bankları arasında monetar siyasət sahəsində həyata keçirilən islahatlar, eləcə də digər məsələlər müzakirə edilib.
Qurumdan FinFly-ə verilən məlumata görə, bu, mərkəzi Bankın sədri Taleh Kazımovun AlUlaCEME 2025 konfransı çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşin ilə görüşü zamanı baş tutub.
Bildirilib ki, görüşdə mərkəzi banklar tərəfindən monetar siyasət sahəsində həyata keçirilən islahatlar, eləcə də, rəqəmsal valyutaların və maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, həmçinin, qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, bu çərçivədə bilik və təcrübə mübadilələrinin təşkili məsələləri müzakirə olunub.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...