27 May, 2025 10:35
Azərbaycan və Gürcüstan Mərkəzi Bankları arasında pul siyasətinin həyata keçirilməsi müzakirə edilib.
FinFly bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyəti işgüzar səfər çərçivəsində Gürcüstan Milli Bankında olub. Səfər zamanı tərəflər arasında pul siyasətinin həyata keçirilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma, eləcə də xarici sektor statistikasının hazırlanması mövzularında praktiki müzakirələr aparılıb.
Görüşdə həmçinin qeyd olunan istiqamətlər üzrə iki qurum arasında əməkdaşlığın təcrübə və məlumat mübadiləsi baxımından genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
