
27 May, 2025 16:31
Gürcüstanda səfərdə olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov "Gürcüstan Dəmir Yolları"-nın yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
FinFly ADY-dən istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi, Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Tərəflər Orta Dəhlizlə daha çox yükün daşınması üçün səylərin artırılmasını və Bakı–Tbilisi–Qars dəmiryol xəttinin bu baxımdan əhəmiyyətini xüsusilə vurğulayıb.
Son xəbərlər
-
29 Iyl, 2025
İsrailin yeni səfiri bu gün Bakıya gələcək...
-
29 Iyl, 2025
Sabah 41 dərəcə isti olacaq...