30 Snt, 2025 09:44
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıqda yüksək tərəqqi nümayiş etdirirlər.
FinFly-ın məlumatına görə, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov öz sosial şəbəkələrində yazıb.
"Hörmətli həmkarım, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ilə görüşməkdən məmnunam. Azərbaycan Xarici İşlər Nazirliyində səmimi qəbula və mehriban qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm", - o yazıb.
Burxanov qeyd edib ki, Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafında misilsiz irəliləyiş nümayiş etdirirlər. "Biz bu prosesin bir hissəsi olmaqdan qürur duyuruq və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün hər cür səy göstərməyə davam edəcəyik", o yazıb.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
