Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan və Özbəkistan yüklərin daşınması üçün elektron icazəyə keçirlər - FinFly

Azərbaycan və Özbəkistan 2025-ci il sentyabrın 1-dən avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları sahəsində elektron icazə blanklarına tam keçid haqqında razılığa gəliblər. Bu barədə qərar fevralın 19-da beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Özbəkistan komissiyasının videokonfrans formatında keçirilən növbəti iclasında qəbul edilib.

Bu barədə FinFly-a Azərbaycan Quru Nəqliyyat Agentliyindən məlumat verilib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilmiş qərarlar əsasında beynəlxalq yükdaşımaları sahəsində icazə blanklarının elektron formada mübadiləsinə və verilməsinə imkan verən "E-icazə" sistemi yaradılıb.

Ötən müddət ərzində müvafiq təşkilati-texniki işlər aparılıb, ölkələr arasında informasiya mübadiləsinə imkan verən elektron sistem yaradılıb.

2025-ci il yanvarın 14-də Azərbaycan aviadaşıyıcısının, 27 yanvar 2025-ci ildə isə Özbəkistanın aviadaşıyıcısının iştirakı ilə iki ölkə arasında elektron icazə blanklarından istifadə etməklə ilk sınaq daşımaları uğurla həyata keçirilib. Hazırda tərəflər arası elektron icazə blanklarının mübadiləsi və verilməsi uğurla davam etdirilir.