Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan və Qazaxıstan fond bazarlarının inteqrasiyasını hədəfləyir - FinFly

Azərbaycan və Qazaxıstan fond bazarlarının dərinliyini genişləndirmək və daha çox iştirakçı cəlb etmək məqsədilə öz fond bazarlarını inteqrasiya etmək niyyətindədir.

FinFly xəbər verir ki, bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyəti sədrinin müavini və baş kommersiya direktoru Oqtay Qasımov "KASE Day in Baku" seminarında bildirib.

Onun sözlərinə görə, son illər BFB və Qazaxıstan Fond Birjası (KASE) arasında möhkəm tərəfdaşlıq və dostluq münasibətləri qurulub.

"Biz müntəzəm olaraq səfərlər edirik, birgə tədbirlərdə iştirak edirik. Bundan əlavə, əməkdaşlıq istiqamətlərini müzakirə edirik, kapital bazarı sahəsində ən yaxşı təcrübələri bölüşürük. Birja məlumatlarının ötürülməsinə, kross-listinq və sponsorlu listinqə xüsusi diqqət yetirilir. Məqsədimiz bazarların dərinləşdirilməsi və iştirakçı dairəsinin genişləndirilməsidir", - O.Qasımov qeyd edib.

O həmçinin vurğulayıb ki, kapital bazarlarının səmərəliliyi birbaşa şəffaflıq səviyyəsindən, məlumatın keyfiyyətindən, likvidlikdən və həm investorların, həm də öz investisiya strategiyalarını birja alətləri vasitəsilə həyata keçirən emitentlərin fəallığından asılıdır.