Azərbaycan və Qırğızıstanın kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivləri var.
FinFly Qırğızıstanın "Kabar" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qırğızıstana rəsmi səfəri zamanı deyib.
"Səfər zamanı nazir Çuy vilayətində bir sıra kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olub. O, "Altun Araşan" və "Araşan Malek" fermer təsərrüfatlarına xüsusi diqqət yetirib. Məmmədov Azərbaycan və Qırğızıstan arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edib", - məlumatda deyilir.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri təsərrüfatlarda tətbiq edilən müasir kənd təsərrüfatı texnologiyalarını, səmərəli heyvandarlıq üsullarını öyrənib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
