13 Avq, 2025 21:10
"Belavia" aviaşirkətinin reysi ilə Minskə gələn Azərbaycan vətəndaşı Belarus ərazisinə buraxılmayıb.
FinFly sərnişindən əldə etdiyi məlumata görə, Belarusiya sərhədçiləri vətəndaşımızı ölkəyə buraxmadı, aviaşirkət isə onu geri Azərbaycana gətirməkdən imtina etdi. Bileti öz vəsaiti hesabına alaraq geri qayıtmasını təklif edib.
Halbuki beynəlxalq təcrübəyə, o cümlədən Beynəlxalq Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasına və ICAO-nun 9 saylı Əlavəsinə əsasən, əgər sərhəddə giriş qadağan olunubsa, daşıyıcı sərnişini ölkəsinə və ya onu qəbul edəcək digər ölkəyə pulsuz geri aparmalıdır. Bu hallarda geri uçuş xərclərini sərnişin deyil, məhz aviaşirkət ödəməlidir.
"Belavia"-nın geri uçuşu ödəməkdən imtinası beynəlxalq təcrübəyə uyğun deyil.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
