Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Xorvatiya ilə rəqəmsal təhlükəsizlik sahəsində təcrübə mübadiləsi aparıb - FinFly

Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa Şurasının təşkilatçılığı ilə Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi (PRO-M-FEX) layihəsi çərçivəsində “Məlumatların mühafizəsi təcrübələri” adlı tədris səfəri təşkil edilib.

FinFly bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədris səfərində qurumun, eləcə də Ədliyyə və Xarici İşlər nazirliklərinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri təmsil olunub.

Səfər zamanı ölkəmizdə “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin Fərmanı və “2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər, habelə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, fərdi məlumatların işlənməsi və mühafizəsi, süni intellekt üzrə prioritet istiqamətlər barədə məlumat verilib.

Xorvatiyanın Fərdi Məlumatların Mühafizəsi Agentliyinin (AZOP) ekspertləri həm nəzəri, həm də praktiki məruzələr edib. AZOP-un fəaliyyəti, səlahiyyətləri və real tətbiq edilən sanksiyalar barədə məlumat verilib. Avropa İttifaqının “Mәlumatların Mühafizәsinә dair Ümumi Qaydaları” (GDPR) və 108+ Konvensiyasının tətbiqi təcrübəsi üzrə müzakirələr aparılıb.

Tədbir çərçivəsində nümayəndə heyəti Xorvatiyanın Ədliyyə, Dövlət İdarəçiliyi və Rəqəmsal Transformasiya Nazirliyində də olub.