
2025-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 152 ölkəsindən 172,6 min turist gəlib.
Bu barədə FinFly-yə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, gələnlərin 24 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 9,9 faizi Hindistan, 8,7 faizi İran, 5 faizi Gürcüstan, 3,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3,2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3,1 faizi Pakistan, 2,2 faizi Küveyt, hər birindən 1,7 faiz olmaqla Türkmənistan və Özbəkistan, 1,5 faizi Çin, 1,4 faizi Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 10,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 71,9 faizini kişilər, 28,1 faizini qadınlar təşkil edib.
Son xəbərlər
-
30 May, 2025
Azərbaycanda nə qədər türk şirkəti var?...
-
30 May, 2025
OPEC+ neft hasilatını artırmağı planlaşdırır...
-
30 May, 2025
Qızılın qiyməti ucuzlaşır...