
Azərbaycana qarşı kiber hücumlar dayanmadan, daimi olur, biz bu kiberhücumları hər gün müşahidə edirik.
FinFly xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Məmmədov deyib ki, bunların həcminin artıb azalması müəyyən dövrlərdə müşahidə olunur, amma normalda, DDoS hücumlarını gündəlik müşahidə edilir.
"Eyni zamanda, müəyyən fişinq hücumları olsun, elektron poçt üzərindən həyata keçirilən və ya bu günlərdə daha çox danışılan teleqram üzərindən vətəndaşların yoluxdurulması və ya məlumatların ələ keçilməsi üzrə həyata keçilmiş kiber əməliyyatları misal göstərə bilərik. Bunların hər biri tərəfimizdən daima monitorinq olunur və daha əhəmiyyətli kiber hücumlar müşahidə olunanda onlara xüsusi qruplar ayırılaraq onların araşdırılması, tətqiqi həyata keçirilir və təbii ki, əldə edilmiş nəticələrdə müəyyən qurumlarla bölüşdürülməklə bu kiber hücumu təşkil edən tərəflərin aşkarlanması və sair istiqamətində fəaliyyət həyata keçirilir", - deyə qeyd edib.
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...