18 Avq, 2025 10:00
2025-ci ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8,2 milyard manat təşkil edib.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu vəsaitin də 4,1 milyard manatı heyvandarlıq, 4,1 milyard manatı bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz, o cümlədən, heyvandarlıq məhsulları istehsalı 1,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 0,4 faiz azalıb.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
