
Azərbaycanda 2025-ci ildə aqrodronların istehsalına başlanılması gözlənilir.
FinFly xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl Zəngilanda keçirilmiş “bootcamp” çərçivəsində Türkiyənin aqrodron istehsalı sahəsində böyük şirkətlərindən biri olan “Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar” MMC yerli şirkət və Bakı Mühəndislik Universiteti ilə razılığa gəlib: "Hazırda istehsalla bağlı hüquqi işlər həyata keçirilir. Yaxın aylarda konkret işlərə başlayacaqlar. Bununla yanaşı, dronların istehsal ediləcəyi ərazi çox güman ki, Universitetin laboratoriyaları və parkı olacaq”.
O həmçinin qeyd edib ki, aqrodronlar əsasən yerli bazar üçün istehsal olunacaq: “Bu addım Azərbaycanın kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirəcək və yerli bazarın yüksək tələbatını ödəməyə kömək edəcək”.
Qeyd edək ki, hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.
Son xəbərlər
-
21 Iyl, 2025
Sabahdan peşə məktəblərinə qəbul başlayır...
-
21 Iyl, 2025
Azərbaycan gübrə ixracından qazancını artırıb...
-
21 Iyl, 2025
ARDNF-in xalis mənfəəti azalıb...