Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanda bankların nizamnamə kapitalına görə renkinqi - FinFly

2025-ci ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının həcmi açıqlanıb.

FinFly bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnamə kapitalının həcmi 1,281 milyard manat təşkil edib.

İkinci sırada 415,6 milyon manat nizamnamə kapitalı ilə "Xalq Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manat nizamnamə kapitalı ilə "Yelo Bank" qərarlaşıb.

Nizamnamə kapitalının həcmi ən az olan bank isə "Bank of Baku" olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkil edib.

Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyi zaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunla müəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətin hüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləri yerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.

#Bankın adı:Nizamnamə Kapitalı (min manat):
1ABB1 281 271,39
2Xalq Bank415 596,74
3YeloBank378 000,00
4PAŞA Bank354 512,00
5VTB Bank315 815,00
6Kapital Bank265 850,00
7Premium Bank174 601,00
8UniBank138 200,39
9AccessBank121 750,00
10Expressbank112 545,00
11RabitəBank101 300,08
12Turan Bank100 006,00
13AzərTürk Bank79 000,00
14Bank Respublika73 961,09
15Bank Melli Iran73 611,17
16Bank Avrasiya71 800,00
17BTB Bank71 450,00
18AFB Bank70 393,46
19ZiraatBank65 500,00
20Azərbaycan Sənaye Bankı60 000,00
21YapıKrediBank55 380,70
22Bank of Baku52 870,00