2026-cı ilin sonuna kimi Azərbaycanda "Rəqəmsal Səyyah Vizası" və "Rəqəmsal İstedad Vizası" proqramları vahid platforma üzərindən tətbiq olunacaq.
FinFly xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, hesabat dövründə həmçinin "Xüsusi Vergi Rejimi"nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılması nəzərdə tutulur.
Fəaliyyət Planına görə, innovasiya sahəsi üzrə ölkəyə cəlb edilən mütəxəssislər və onların ailə üzvləri üçün miqrasiya tələblərinin sadələşdirilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
