
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 180,4 milyon manatdan çox olub.
FinFly bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və yaxud 455,8 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,2 faiz artaraq 2 milyard 788,5 milyon manatı keçib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11 faiz artaraq 148,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 faiz artaraq 113,2 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,3 faiz artaraq 727,6 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 515 milyon manat təşkil edib.
Son xəbərlər
-
04 Snt, 2025
Azərbaycanda pambığa görə subsidiyalar artırılıb...
-
04 Snt, 2025
İran Avstraliya səfirini ölkədən çıxarıb...