Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycanda geniş mənada pul kütləsi artıb - FinFly

2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 47 milyard 766,9 milyon manat təşkil edib.

FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 faiz, ilin əvvəli ilə müqayisədə 2,7 faiz, ötən il sentyabrın 1-nə nisbətən 6,1 faiz çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 36 milyard 806,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,4 faiz, ilin əvvəli ilə müqayisədə də 0,4 faiz, ötən ilin eyni dövrünə nisbətən 4,35 faiz çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 126,7 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 0,4 faiz çox, ilin əvvəli ilə müqayisədə 1,75 faiz az, ötən ilin eyni dövrünə nisbətən 2,9 faiz çoxdur.

Sentyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 828,6 milyon manat olub ki, bu da aylıq müqayisədə 1 faiz, ilin əvvəli ilə müqayisədə 6,1 faiz, ötən ilin eyni dövrünə nisbətən 5,9 faiz çoxdur.