Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar azalıb - FinFly

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 430,53 milyon manat təşkil edib.

FinFly Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azdır.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 1,2 faiz  azalaraq 399,35 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 4,3 faiz  azalaraq 964,48 milyon manat, aksizlər üzrə daxilolmalar 14 faiz  artaraq 55,44 milyon manat, yol vergisi üzrə daxilolmalar isə azalaraq 19 faiz  artaraq 11,25 milyon manat olub.