




Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir.
FinFly xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illər ərzində ölkədə 5 böyük sosial islahat paketi həyata keçirilib:
"Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Nəticədə bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.
Əlavə olaraq, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4% artıb və bu artımın 90%-i özəl sektorun payına düşüb. Son 6 ildə əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb", - deyə, nazir qeyd edib.
Son xəbərlər
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
09 Iyn, 2025
Qızılın qiyməti ardıcıl 3 gündür ucuzlaşır...
-
08 Iyn, 2025
Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb...
-
08 Iyn, 2025
Elon Mask və maliyyə naziri dava salıblar...
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
09 Iyn, 2025
Qızılın qiyməti ardıcıl 3 gündür ucuzlaşır...
-
08 Iyn, 2025
Tramp Vensə Maskı tənqid etməyi yasaqlayıb...
-
08 Iyn, 2025
Elon Mask və maliyyə naziri dava salıblar...