
14 Snt, 2025 22:30
Sentyabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə FinFly Milli Hidrometeorologiya Xidmətindən məlumat əldə edib.
Hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Mingəçevir, Yevlax, Şəmkir, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli intensiv yağış yağır, Şahdağda isə qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 19, Culfada 18 m/s-dək güclənir.
Son xəbərlər
-
17 Snt, 2025
"eManat"da ciddi pozuntular aşkarlandı...
-
17 Snt, 2025
Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib...
-
17 Snt, 2025
Azərbaycan nə qədər xarici investisiya cəlb edib?...