
15 May, 2025 14:04
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 103,7 min sərnişin və ya 9,6 faiz çoxdur.
Hesabat dövründə hava yolu ilə daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə yükdaşıma 2 faiz və ya 2,6 min ton artaraq 130,1 min ton olub.
Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan yüklərin həcmi 76,1 milyon ton olub. Yüklərin 0,2 faizi hava yolu ilə danışıb.
Son xəbərlər
-
30 May, 2025
Azərbaycanda nə qədər türk şirkəti var?...
-
30 May, 2025
OPEC+ neft hasilatını artırmağı planlaşdırır...
-
30 May, 2025
Qızılın qiyməti ucuzlaşır...