08 May, 2025 12:39
Azərbaycanda dəmir yolu ilə yanaşı digər nəqliyyat vasitələrində də gedişhaqqını kartla ödəmək üçün təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib.
FinFly xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Onun sözlərinə görə, hazırda dəmir yolunda ödənişi təkcə kartla deyil, həm də Apple Pay və Google Pay vasitəsi ilə ödəmək olur.
"Digər ictimai nəqliyyat vasitələrində kartdan istifadə ilə bağlı təkliflərimiz müvafiq qurumlara vermişik. Əgər onlardan müsbət rəy olsa, bununla bağlı hazırlığımız və bilik-bacarığımız var. Bu xidmətin əhatə dairəsini sürətlə genişləndirə bilərik", - deyə o qeyd edib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
