Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir - Mərkəzi Bank - FinFly

Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir.

FinFly xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri haqqında qərarında deyilir.

Qeyd olunub ki, 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6,3 faiz, aylıq inflyasiya isə 0,3 faiz təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7,6 faiz, qeyri-ərzaq malları üzrə isə 2,7 faiz təşkil edib. İllik baza inflyasiya isə 4,8 faiz olub.

"Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin mayında əmtəə qiymətləri indeksi aylıq 1 faiz, illik isə 4,6 faiz azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9,6 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb", - məlumatda vurğulanıb.