
28 May, 2025 20:37
Bu ilin aprel sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 8,748 milyard manat təşkil edib.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,421 milyard manat və ya 19,4 faiz çoxdur.
Belə ki, ötən ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 7,327 milyard manat olmuşdu.
Ötən ayın sonunda bankların kredit portfeli 28,096 milyard manat olub. Kredit portfelinin 53,2 faizi (14,952 milyard manat) biznes kreditlərinin, 31,1 faizi (8,747 milyard manat) istehlak kreditlərinin və 15,7 faizi (4,396 milyard manat) ipoteka kreditlərinin payına düşüb.
Son xəbərlər
-
29 May, 2025
Sabah neçə dərəcə isti olacaq?...
-
29 May, 2025
Azərbaycan Rusiyaya qeyri-neft ixracını artırıb...