Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanda kənd təsərrüfatı xərcləri artıb - FinFly

2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərcləri 2020-ci illə müqayisədə 233,6 milyon manat və yaxud 27,1 faiz artıb.

FinFly "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, ötən il kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq bütövlükdə büdcə xərclərinin 4,7 faizi qədər və yaxud 1 milyard 777,2 milyon manat məbləğində vəsait ayrılıb. Bu da proqnoza nisbətən 135,4 milyon manat (7,1 faiz) az, 2023-cü illə müqayisədə isə 138,6 milyon manat və yaxud 8,5 faiz çoxdur.

Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən, ehtiyat fondlardan və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 1 milyard 75,8 milyon manat vəsait də nəzərə alınmaqla kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsinə büdcə xərclərinin 7,6 faizi qədər və yaxud 2 milyard 853 milyon manat vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 166,3 milyon manat və yaxud 6,2 faiz çoxdur.

Hesabat ilində kənd təsərrüfatı xərcləri ÜDM-in 0,9 faizini, dövlət büdcəsi xərclərinin isə 2,9 faizini təşkil edib.

Funksional təsnifata uyğun olaraq (dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış vəsait istisna olmaqla) 2024-cü ildə kənd təsərrüfatı xərcləri üzrə istifadə olunmuş vəsaitin 524,7 milyon manatı və ya 47,9 faizi kənd təsərrüfatı tədbirlərinə (2023-cü illə müqayisədə 40,8 milyon manat və yaxud 8,5 faiz çox), 438,1 milyon manatı və yaxud 40 faizi meliorasiya tədbirlərinə (2023-cü illə müqayisədə 14,6 milyon manat və yaxud 3,4 faiz çox), 103,8 milyon manatı və yaxud 9,4 faizi (2023-cü illə müqayisədə 99,6 milyon manat və yaxud 24,7 faiz çox) kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlərə, 29,2 milyon manatı və yaxud 2,7 faizi baytarlıq tədbirlərinə (heyvan sağlamlığının təmin edilməsi və heyvandarlıqda məhsuldarlığın artırılması, vaksinlərin və baytarlıq ləvazimatlarının alınması baytarlıq xidmətlərinin həyata keçirilməsi), 100 milyon manatı Şirvan suvarma kanallarının yenidən qurulması ilə bağlı xərclərə yönəldilib.