Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanda kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib - FinFly

2024-cü ilin IV rübündə cəmi istehlak kreditləri, o cümlədən, kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib.

FinFly bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, istehlak kreditləri üzrə standartlarda sərtləşmə, əsasən, kreditlərin maya dəyərinin artımı formasında olub. Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən, kredit kartları üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən, kredit kartlarına tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, tələbin artmasına təsir göstərən əsas faktor rəqəmsallaşma olub. Banklar növbəti rübdə ümumi istehlak kreditləri, həmçinin, kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

İstehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi, maliyyələşmə dəyəri və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib. Bütövlükdə, sorğu nəticələrinə əsasən, bankların istehlak portfeli üzrə artım dinamikasının növbəti rüb də davam edəcəyi gözlənilir.

Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin IV rüb üzrə nəticələrinə əsasən, respondent bankların 85 faizi əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 15 faizi isə orta dərəcədə artım olduğunu bildirib.

Nəticədə, 2024-cü ilin IV rübü üzrə diffuziya indeksi 11 faiz təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.