
2025-ci ilin avqsutun 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 30,2 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 529,4 milyon manat təşkil edib.
FinFly Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, cəmi kredit qoyuluşlarının 26,1 milyard manatını milli valyutada kreditlər təşkil edib.
Milli valyutadakı kreditlərin 433,6 milyon manatının ödəmə vaxtı keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,1 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 95,8 milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqustun 1-nə milli valyutada qoyulmuş kreditlər 3,4 milyard manat və ya 15,2 faiz artıb, xarici valyutada qoyulmuş kreditlər isə 459,1 milyon manat və ya 10 faiz azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,2 milyard manatını qısamüddətli, 21,9 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 670 milyon manatını qısamüddətli, 3,5 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.
Son xəbərlər
-
01 Snt, 2025
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayır...
-
01 Snt, 2025
Azərbaycanda kreditlər 30 milyardı keçdi...
-
01 Snt, 2025
Azərbaycan XİN Özbəkistanı təbrik edib...
-
01 Snt, 2025
İlham Əliyev Çində Rəcəb Tayyib Ərdoğanla görüşüb...