
24 Mar, 2025 18:52
Azərbaycanda kreditləşmənin artım tempi tarixi olaraq neftin qiymətləri ilə sıx bağlı olub.
FinFly-in məlumatına görə, bu barədə S&P Global Ratings-in hesabatında bildirilir.
2025-ci ildə Azərbaycanda kredit artımı təxminən 15 faiz səviyyəsində gözlənilir.
2021–2024-cü illərdə orta illik artım 18 faiz olub və əsasən istehlak kreditlərinin yüksək artımı ilə əlaqələndirilir.
S&P qeyd edir ki, 2025-ci ilin martın 1-dən etibarən Azərbaycan Mərkəzi Bankı kredit boşluğu göstəricisinin (ÜDM-ə nisbətdə kreditin uzunmüddətli trenddən kənarlaşması) 2 faizi aşmasını nəzərə alaraq, əlavə 0,5 faiz kontrsiklik kapital buferi tətbiq edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...