Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycanda külək enerjisinin istehsalı 22 dəfə artıb - FinFly

2026-cı ilin yanvar ayında Azərbaycanda külək elektrik stansiyalarında 56,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

FinFly Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar ilə müqayisədə 21,6 dəfə çoxdur.

Hesabat ayında Azərbaycanda 2 milyard 257 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,8 faiz azdır. Bunun 2 milyard 186,6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 3,5 faiz azdır.

Aylıq istehsalın 133,4 milyon kVt/saatı su elektrik stansiyalarının (38,5 faiz az), 1 milyard 978,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (2,5 faiz az), 22,1 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisinin (21,1 faiz çox) payına düşüb.

Hesabat dövründə günəş elektrik stansiyalarında 18,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 15,6 faiz çoxdur.