
2025-ci ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 48,468 milyard manat təşkil edib.
FinFly Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 162 milyon manat və ya 0,3 faiz, 2024-cü ilin eyni dövrünə nisbətən isə 3,406 milyard manat və ya 7,6 faiz çoxdur.
Bundan başqa, 2025-ci ilin iyulun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,817 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 1,049 milyard manat və ya 2,9 faiz, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,690 milyard manat və ya 4,8 faiz çoxdur.
Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,43 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 1,079 milyard manat və ya 3,8 faiz, 2024-cü ilin eyni dövrünə nisbətən isə 874 milyon manat və ya 3,1 faiz çoxdur.
Eyni zamanda, bu ilin iyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,513 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 336 milyon manat və ya 2,1%, ötən ilin eyni dövrünə nisbətən isə 923 milyon manat 5,9% çoxdur.
Son xəbərlər
-
26 Iyl, 2025
InvestAZ-dan ödənişsiz investisiya seminari...
-
26 Iyl, 2025
Azərbaycan nefti ucuzlaşıb...
-
26 Iyl, 2025
Xəzərin sahilində IT-hab yaradılır...