
2025-ci ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 78,093 milyon ədəd, əməliyyatların həcmi isə 5,162 milyard manat olub.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə “MasterCard” kartları ilə əməliyyatların sayı 17,9 milyon ədəd və ya 30 faiz, əməliyyatların həcmi isə 526,9 milyon manat, yaxud da 11,4 faiz artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 483,7 min ədəd, əməliyyatların həcmi isə 48,8 milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 53,8 min ədəd və ya 10 faiz azalıb, əməliyyatların həcmi isə 9,6 milyon manat, yaxud da 16,7 faiz azalıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.
Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və say isə xarici ölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutları tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları ilə Azərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumi məbləğini (həcmini) göstərir.