
2025-ci ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi "MasterCard" kartları vasitəsilə əməliyyatların sayı 77,346 milyon ədəd, əməliyyatların həcmi isə 5 milyard manat olub.
FinFly bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, əvvəlki ayla müqayisədə “MasterCard” kartları ilə əməliyyatların sayı 8,147 milyon ədəd və ya 9,5 faiz, “MasterCard” kartları ilə əməliyyatların həcmi isə 680 milyon manat, yaxud da 12 faiz azalıb.
Belə ki, cari ilin aprel ayının sonunda Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 85,493 milyon ədəd, əməliyyatların həcmi isə 5,7 milyard manat idi.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.
Son xəbərlər
-
03 Iyl, 2025
Bitkoinin qiyməti yenidən 110 min dolları ötüb...
-
03 Iyl, 2025
Ərdoğan Xankəndiyə gəlir...
-
03 Iyl, 2025
"Liverpul"un ulduzu Dioqo Jota həyatını itirdi...
-
03 Iyl, 2025
Vergi bəyannamələri ödənişsiz və rahat oldu...