Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycanda maye qazların istehsalı artıb - FinFly

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 150,9 min ton maye qazlar istehsal edilib.

FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,4 min ton və ya 14 faiz çoxdur. Keçən ilin eyni dövründə ölkədə 132,5 min ton maye qazlar istehsal edilmişdi.

Bu ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalıb.