17 May, 2025 00:33
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 55,1 min ton mazut istehsal olunub.
FinFly-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54,1 min ton və ya 55,1 dəfə çoxdur. 2024-cü ilin yanvar-aprel aylarında ölkədə cəmi 1 min ton mazut istehsal olunmuşdu.
2025-ci il mayın 1-nə olan məlumata əsasən, hazır məhsul ehtiyatları 0,8 min ton təşkil edib.
Hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın dəyəri 1,607 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz azdır.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
