Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanda nə qədər benzin istehsal olunub? - FinFly

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 424,4 min ton avtomobil benzini istehsal edilib.

Dövlət Statistika Komitəsindən FinFly-ə verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 87,2 min ton və ya 17 faiz azdır.

Ötən ilin yanvar-aprel aylarında ölkədə 511,6 min ton avtomobil benzini istehsal edilib.

Bu il mayın 1-nə hazır məhsul ehtiyatı 44 min ton təşkil edib.

Hesabat dövründə Azərbaycanın neft məhsulları sektorunda ümumi istehsalın dəyəri 1 milyard 607 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz azdır.