Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycanda nə qədər türk şirkəti var? - FinFly

Azərbaycanda 5 000-dən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir.

FinFly xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar hər il artır.

"Enerji, nəqliyyat, tikinti, kənd təsərrüfatı, müdafiə sənayesi, texnologiya kimi geniş sahələri əhatə edən layihələr hər iki ölkənin inkişafında ortaq zəmin yaradır", - səfir qeyd edib.

O vurğulayıb ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər yalnız strateji tərəfdaşlıqla məhdudlaşmır, eyni zamanda dərin tarixi, mədəni və qardaşlıq bağlar üzərində qurulub.

"Azərbaycanda yaşayan 25 mindən çox Türkiyə vətəndaşı iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Türkiyədə isə 100 minə yaxın azərbaycanlı yaşayır ki, onların da iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində rolu əvəzsizdir", - deyə əlavə edib.