19 May, 2025 20:55
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1 427 ədəd noutbuk istehsal edilib.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 596 ədəd və ya 71,7 faiz çoxdur.
Bununla yanaşı, cari ilin ilk 4 ayında Azərbaycanda 1 684 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da, illik müqayisədə 1 057 ədəd, yaxud da 2,7 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 831 ədəd noutbuk, 627 ədəd stolüstü kompüter istehsal edilmişdi.
Hesabat dövründə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-aprel aylarında 65,1 milyon manatlıq məhsul istehsal olunub.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
