
12 May, 2025 12:07
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi daxilolmalarının 4 milyard 948 milyon manatı və yaxud 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
FinFly bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çoxdur.
Xatırladaq ki, yanvar-aprel aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6 milyard 923,5 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 4 faiz çoxdur.
Bu il qurum büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 4 ayda həmin məbləğin 31,9 faizi təmin olunub.
Son xəbərlər
-
13 Iyn, 2025
Blum TON ekosisteminə diqqət yetirir...
-
13 Iyn, 2025
Azərbaycan iqtisadiyyatı böyüyüb...