Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb - FinFly

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda vergi daxilolmalarının 8 milyard 434,6 milyon manatı və yaxud 73 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.

FinFly İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz çox, proqnozdan isə 3 faiz çoxdur.

Yanvar-avqust aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 3 faiz, proqnozdan isə 5,4 faiz çoxdur.

Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 8 ay ərzində həmin məbləğin 74,8 faizi təmin olunub.