
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il
dayandırılıb.
FinFly-ın xəbərinə görə,
Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu
imzalayıb.
Qeyd edək ki, sahibkarlıq sahəsində yoxlamaların
dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.
Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və
sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan
hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən
yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır.
Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması
ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.
Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən
yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin
inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...