Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyası müzakirə edilib - FinFly

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi mövzusunda tədbir keçirilib.

FinFly bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, tədbir "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi və ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə keçirilib.

İnteraktiv formada keçən tədbir çərçivəsində sığorta sahəsində rəqəmsallaşma prosesləri, texnoloji həllərin tətbiqi, startaplarla əməkdaşlıq imkanları, eləcə də sığorta texnologiyalarının gələcək perspektivləri müzakirə olunub. AMB-nin ekspertləri ilə tədbir iştirakçıları arasında texnoloji inkişaf dövründə qarşıya çıxan çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.