
10 Mar, 2025 14:07
2024-cü ildə Azərbaycanda “Apple Pay” və “Google Pay” ödəniş xidmətləri vasitəsilə ödənişlərin sayı və həcmi 2023-cü illə müqayisədə 2 dəfə artıb.
Bu barədə FinFly-ə Azərbaycan Mərkəzi Bankı xəbər verib.
Qurumdan verilən məlumata görə, 2024-cü ildə istifadəçilər tərəfindən POS terminallar üərindən edilən ödənişlərin hər 3-də 1-i mobil cihazlar və ya smart saatlar vasitəsilə həyata keçirilib.
“2024 il ərzində ödəniş kartlarından istifadə etməklə ölkə daxilində aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2023-cü illə müqayisədə 8,6 faiz bəndi artaraq tarixi maksimum 64,2 faizə çatıb”, - AMB-nin məlumatında deyilir.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...