
11 Apr, 2025 22:31
"Taube Electronics" şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq smart televizorların istehsalı layihəsinə start veriləcək.
FinFly xəbər verir ki, bu şirkət “Araz Vadisi İqtisadi Zonası”nın rezidenti statusu əldə edib.
Müəssisənin İnvestisiya dəyəri 3,5 milyon manat olan layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.
İllik istehsal gücü 19 500 ədəd televizor təşkil edəcək və 32, 43, 50, 55 düymlük smart televizorların istehsalı planlaşdırılır.
"Taube Electronic" şirkətinin 1986-cı ildə Berlində əsası qoyulub və ilk növbədə yüksək etibarlılıqlı elektron plataların dizaynı, istehsalı üzrə ixtisaslaşmışdır.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...