Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanda Starlink xidmətləri neçəyədir? - FinFly

Starlink yüksəksürətli internet xidmətinin Azərbaycanda aylıq ödənişi 100 manat təşkil edir.

FinFly bu barədə xəbəri şirkətdən əldə edib.

Məlumata görə, standart Starlink aparatının (modem) qiyməti 670 manatdır. Aparatın çatdırılması isə 50 manat təşkil edir. Sifariş etmək üçün öncədən 100 manat əmanət ödənilməlidir.

Şirkət bildirir ki, xidmətin ilk ayı üçün ödəniş ya aktivləşdirildiyi anda, ya da modem çatdırıldıqdan 30 gün sonra həyata keçirilir.

Starlink - aşağı Yer orbitasından istifadə edərək genişzolaqlı internet xidməti təqdim edən dünyanın ilk və ən böyük peyk qruplaşmasıdır. Bu internet xidməti yayım (streaming), onlayn oyunlar, videozənglər və bir çox digər rəqəmsal fəaliyyətləri dəstəkləmək imkanına malikdir.