
27 May, 2025 10:42
Ötən il dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550,3 milyon manat məbləğində vəsait ayrılıb.
FinFly xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4 milyard 390 milyon manat məbləğində vəsait istifadə olunub.
"Bu, proqnoza nisbətən, 160,3 milyon manat və ya 3,5 faiz az, 2023-cü illə müqayisədə isə 265,2 milyon manat və ya 6,4 faiz çoxdur. Hesabat ilində təhsil xərcləri ÜDM-in 3,5 faizini (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 11,6 faizini (2023-cü illə müqayisədə 0,3 faiz-bənd çox) təşkil edib", - deyə məlumatda bildirilir.
Son xəbərlər
-
10 Snt, 2025
Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib...
-
10 Snt, 2025
Azərbaycanda orta illik inflyasiya necə dəyişib?...
-
10 Snt, 2025
Bakıda və rayonlarda yağış yağacaq...